Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda yük maşını aşıb.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, “Koroğlu” metro stansiyasının yaxınlığında qeydə alınıb. “Ford” markalı 99 DF 813 dövlət nömrə nişanlı yük maşını idarəetməni itirərək aşıb. Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb.
Sabunçu Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.