Göygöldə atçılıq fermasında yanğın olub

Göygöldə atçılıq fermasında yanğın olub
# 06 iyul 2015 20:18 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Göygöl rayonu, Qızılqaya qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 2004 kv.m olan atçılıq fermasının dam örtüyünün yanar konstruksiyaları 4 kv.m sahədə, yaxınlıqda dayanmış “Ford” mikroavtobusun mühərrik hissəsi, 2 ədəd təkər və avtomobilə yaxın məsafədə yığılmış 40 ton ot bağlamasının 10 tonu yanıb.

Yanğın zamanı fermanın içərisindən 30 baş cins atlar yanğınsöndürənlər tərəfindən xilas olunub. Fermanın, mikroavtobusun və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR