Gümrüdə güllələnən Avetisyan ailəsinin qohumları vilayət prokurorunun kabinetinə hücum ediblər

Gümrüdə güllələnən Avetisyan ailəsinin qohumları vilayət prokurorunun kabinetinə hücum ediblər
# 23 fevral 2015 13:43 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Gümrüdə güllələnən Avetisyan ailəsinin qohumları Şirak vilayəti prokuroru Raffi Aslanyanın kabinetinə hücum ediblər.

APA-nın məlumatına görə, onların əsas tələbi prokurorun Ermənistanın baş prokuroru Gevork Kostanyanla görüş və ya telefon danışığının təşkili və onların narahat olduqları bütün məsələlərə cavab almaqdır.

Prokurorun təkidlərinə baxmayaraq, onlar kabineti tərk etməkdən imtina ediblər. Raffi Aslanyan onlara baş prokurora yazılı müraciət etməyi məsləhət görüb. O, Avetisyan ailəsini kabinetdən çıxarmaq cəhdlərinin uğursuz olmasından sonra binanı tərk etməli olub. Polis bölməsinin rəisi Kumayri Aram Qaribyan hazırda kabinetdən çıxmayan qohumlarla danışıqlar aparır.

Xatırladaq ki, yanvarın 12-də Gümrüdə Avetisyan ailəsinin 7 üzvü güllələnib. Cinayətin törədilməsində rusiyalı hərbçi Valeriy Permyakov təqsirli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR