Səhiyyə Nazirliyi: "Formula 1" zamanı tibbi xidmətlərin göstərilməsi üçün lazımi tədbirlər görülüb

Səhiyyə Nazirliyi: "Formula 1" zamanı tibbi xidmətlərin göstərilməsi üçün lazımi tədbirlər görülüb
# 17 iyun 2016 14:58 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. "Azərbaycanda keçirilən "Formula 1" yarışları çərçivəsində ölkəmizə səfər etmiş idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə və qonaqlara yarış zamanı tibbi xidmətlərin vaxtında və tam həcmdə göstərilməsi üçün Səhiyyə Nazirliyi tərəfindən yüksək səviyyədə lazımi tədbirlər görülüb".

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, "Formula 1" yarışlarında iştirak üçün ölkəyə gələn idmançılara ambulator yardımın göstərilməsi üçün yaradılan tibb məntəqəsi, habelə idmançı və qonaqlar üçün ehtiyac olduğu halda ayrılan tibb müəssisələri - Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi tam hazır vəziyyətə gətirilib.

İdmançılara və qonaqlara təcili və təxirəsalınmaz tibbi yardım göstərilməsi üçün müasir, beynəlxalq standartlara uyğun avadanlıq və ləvazimatla təchiz edilmiş təcili tibbi yardım maşınları yarış ərazisində, qonaqların yerləşdiyi ərazilərdə və digər sahələrdə 24 saat ərzində xidmət göstərəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR