Bakı 2015 Avropa oyunlarının məşəli İmişlidə yandırılıb - FOTO

Bakı 2015 Avropa oyunlarının məşəli İmişlidə yandırılıb - <span style="color: red;">FOTO
# 07 may 2015 11:43 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. Bakıda keçiriləcək I Avropa Oyunlarının məşəli Sabirabaddan İmişliyə gətirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Bakıdakı Atəşgahda alovlandırılan məşəl İmişli şəhərində qarşılanıb. İmişlidə məşəl estafeti saat 12:08-də start götürüb. Məşəli qəbul edən İmişli şəhər Şəkər zavodunda çalışan Məmməd Abıyev 10 həmkarı ilə birgə yürüşü Heydər Əliyev prospekti, 20 Yanvar küçəsi ilə davam etdirib. 4100 metr məsafədə rəmzi növbə ilə bir-birinə ötürən atletlər məşəli Heydər Əliyev parkına çatdırıblar. Burada məşəli meydanda qurulan səhnəyə qaldırılıb, simvolik məşəli yandırılıb.

Mərasimdə aprelin 26-da Azərbaycan Prezidenti İlham Əliyev, I Avropa Oyunları Təşkilat Komitəsinin sədri, millət vəkili Mehriban Əliyeva, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və eləcə də 150-dən artıq qonağın iştirakı ilə dövlət başçısı tərəfindən Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib.

Daha sonra İmişli məktəblisi 15 yaşlı idmançı Cavid Yusifəliyev Avropa Oyunlarının sonuna qədər saxlamaq üçün simvolik çırağı təhvil verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR