ADU-da "Çin dili dərsliyi"nin təqdimatı olub

ADU-da "Çin dili dərsliyi"nin təqdimatı olub
# 11 noyabr 2014 10:15 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanda ilk dəfə nəşr olunan “Çin dili dərsliyi”nin təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, mərasimdə çıxış edən universitetin rektoru Səməd Seyidov ADU-da Regionşünaslıq və beynəlxalq münasibətlər kafedrasının nəzdində 22 dilin tədris edildiyini və bunların arasında Çin dilinin olduğunu bildirib.

Çin dilinə günü-gündən marağın artdığını deyən S. Seyidov 3 ildir universitetdə Çin dili və mədəniyyəti mərkəzinin, Çin kitabxanasının fəaliyyət göstərdiyini qeyd edib.

ADU rektoru yaxın gələcəkdə universitetin tərkibində Konfutsi mərkəzinin yaradılması, habelə Çin universitetləri ilə tələbə mübadiləsi layihələrinin planlaşdırıldığını əlavə edib.

Sonra Çinin Azərbaycandakı səfiri Xun Tsyuin çıxış edib. Səfir Çin və Azərbaycan əlaqələrinə toxunaraq, ölkələrarası münasibətlərin genişləndiyini, sıx əməkdaşlıq üçün perspektivlərin olduğunu deyib. Səfir universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.

Tədbirin tələbələr Çin dilində mahnı ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR