Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb

Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb
# 29 oktyabr 2014 09:08 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda mənzildən külli miqdarda pul və qızıl oğurlanıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Hövsan qəsəbəsi E.Qasımov küçəsində Emil Vəliyevə məxsus evdə baş verib.

Onun mənzilindən 18,5 min manat və qızıl-zinət əşyaları oğurlanıb.

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Hövsan qəsəbə sakini, 1988-ci il təvəllüdlü Zaur Cəfərov saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR