Qusarda ər-arvad xeyli miqdarda qoyun oğurlayıb

Qusarda ər-arvad xeyli miqdarda qoyun oğurlayıb
# 14 iyul 2014 09:45 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Qusar rayonunda ər0arvad xeyli miqdarda qoyun oğurlayıb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cari ilin iyun ayının 10-da Quba rayon sakini Nurağa Abdullayev Qusar RPŞ-yə ərizə ilə müraciət edərək, mayın 26-da Kuzun kəndinin otlaq sahəsindən 64 baş qoyununun itdiyini bildirib.

Qusar RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı qoyunların həmin otlaq sahəsində çoban işləyən Ucar rayon sakini Arzu Qasımov və arvadı Naibə tərəfindən oğurlanması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR