“Azəriqaz” qaz satışından toplanan vəsaitin həcmini açıqlayıb

“Azəriqaz” qaz satışından toplanan vəsaitin həcmini açıqlayıb
# 10 iyul 2014 13:47 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 66 549 555 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 151,4% vəsait toplanıb.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, vəsaitin toplanmasındakı yüksək faiz göstəricisi onunla əlaqədardır ki, 2013-2014-cü illərin payız-qış mövsümündə tələbat artdığına görə əhaliyə satılan qazın həcmi çoxalıb və bu səbəbdən istehlak edilən qazın dəyəri abonentlər tərəfindən tam ödənilməyib. Həmin dövr ərzində yaranmış debitor borclar 2014-cü ilin yaz-yay mövsümündən başlayaraq abonentlər tərəfindən ödənilməkdədir. Nəticədə bu ilin iyun ayı ərzində debitor borc 5,8% azalıb.

Eyni zamanda, ötən ay qeyri-əhali sektoru üzrə 108 509 517 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 104,3% vəsait toplanıb.

Bu ilin 6 ayı ərzində ümumilikdə əhali sektoru üzrə 1 463 218 823 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 100,2%, qeyri-əhali sektoru üzrə isə 997 776 888 kubmetr həcmində təbii qaz satılıb və qarşılığında 93,1% vəsait toplanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR