Çaylarda suyun səviyyəsi barədə məlumat açıqlanıb

Çaylarda suyun səviyyəsi barədə məlumat açıqlanıb
# 01 sentyabr 2014 12:42 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-110, Lənkəran-Astara bölgəsi çaylarında 10 faizini təşkil edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinidən APA-ya verilən məlumata görə, sentyabrın 1-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 88 m3/s olmaqla ongünlük normanın 72 faizini təşkil edir. 2013-cü ildə bu rəqəm bir qədər az olmaqla 80 m3/s və ongünlük normanın 66 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 2.53 m3/s olmaqla, ongünlük normanın 3 faizini təşkil edir. 2013-cü ildə də bu göstərici dəfələrlə çox olmaqla 67 m3/s təşkil edərək ongünlük normanın 92 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində isə əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 4, Şirvanda 1, Bankədə 8, Araz çayının Novruzlu məntəqəsində 4 sm azalma, Salyanda isə suyun səviyyəsində 11 sm artım qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR