Cəbhə bölgəsindən qayıdan Əfqanıstan müharibəsi veteranları səfər təəssüratlarını bölüşüblər

Cəbhə bölgəsindən qayıdan Əfqanıstan müharibəsi veteranları səfər təəssüratlarını bölüşüblər
# 19 avqust 2015 10:21 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə qeyd olunub ki, bir həftə davam edən səfər zamanı veteranlar hərbi hissələrin şəxsi heyəti, yerli əhali ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olub, gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçiblər.

Onlar Tovuz, Qazax, Gədəbəy, Ağdam, Tərtər, Goranboy bölgələrində, ön səngərlərdə olublar.

“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev, Əfqanıstan müharibəsindən iki “Qırmızı Döyüş Bayrağı” ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov, “Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov, “İgidliyə görə” medalı ilə təltif olunmuş Məhiyyəddin Rüstəmov son illərdə Azərbaycan ordusunun xeyli gücləndiyini, əsgəri xidmət üçün yüksık şərait yaradıldığını, əsgərlərin döyüş ruhunun, vətənpərvərlik hissinin əvvəlki illərə nisbətən xeyli artdığını söyləyiblər. Onlar işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda döyüşlərdə iştirak etmək arzusunda olduqlarını vurğulayıblar.

Əfqanıstan müharibəsi veteranları onu da qeyd ediblər ki, Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulduğunun dəfələrlə şahidi olublar, hər dəfə düşmən cavab atəşi ilə susdurulub və yaxud itkilər verərək geri çəkilib. Veteranlar deyiblər ki, özləri də düşmənin susdurulmasında yaxından iştirak ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR