ARDNŞ təqaüdünün verilməsi üzrə keçirilmiş test imtahanında ən yüksək nəticə 38 bal olub

ARDNŞ təqaüdünün verilməsi üzrə keçirilmiş test imtahanında ən yüksək nəticə 38 bal olub
# 15 aprel 2013 08:05 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 14-də keçirilmiş ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ-nin təqaüd proqramına namizədlərin seçim imtahanının I mərhələsi olan test imtahanını keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanın nəticələri qurumun internet saytında yerləşdirilib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 2128 nəfər namizəddən 224 nəfəri imtahana gəlməyib. 1904 nəfər imtahanda iştirak edib. Ən yüksək nəticə 38 bal olub. İmtahanın nəticəsinə əsasən yüksək bal toplamış namizədlər növbəti mərhələdə - müsahibədə iştirak edəcəklər. Müsahibəni ARDNŞ-nin məsul əməkdaşlarından ibarət komissiya aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR