Bank Of Baku

BVF Azərbaycanın qeyri-neft gəlirlərinin artırılması istiqamətində nəticələrini müsbət qiymətləndirib

BVF Azərbaycanın qeyri-neft gəlirlərinin artırılması istiqamətində nəticələrini müsbət qiymətləndirib
# 16 oktyabr 2026 17:36 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində əldə olunan nəticələri müsbət qiymətləndirib.

“APA-Economics” xəbər verir ki, bunu BVF-nin Sərəncamçı direktorunun müavini Bo Li Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimovla görüşündə bildirib.

Bo Li qlobal iqtisadi artım tempinin zəifləməsi və beynəlxalq iqtisadi mühitdə mövcud risklərin ölkələrin inkişaf perspektivlərinə təsirindən danışıb.

O, BVF-nin Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində həyata keçirilən islahatlara dəstəyini davam etdirməyə hazır olduğunu qeyd edib.

Görüşdə Azərbaycanın əsas makroiqtisadi göstəriciləri, iqtisadi inkişaf perspektivləri və BVF ilə gələcək əməkdaşlıq istiqamətləri də müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR