Bakı - APA-Economics. Dünya bazarında neft bahalaşır.
"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,28 dollar artaraq 49,41 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,25 dollar artaraq 50,13 dollar olub.