Bakı-Tiflis-Qars layihəsinə 431,3 mln. dollar sərf edilib

Bakı-Tiflis-Qars layihəsinə 431,3 mln. dollar sərf edilib
# 26 yanvar 2013 09:43 (UTC +04:00)

Bakı-APA-Economics. 2007-2012-ci illər ərzində Bakı-Tiflis-Qars layihəsi üzrə 431,3 mln. ABŞ dolları həcmində Azərbaycan kreditindən istifadə olunub ki, bunun 151,5 mln. dolları 2012-ci ildə xərclənib. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən bildirilib.

Nazirliyin məlumatına görə, bu layihə üzrə Axalkalaki-Türkiyə sərhədi hissəsində 5,2 km uzunluğunda yeni yolun üst quruluşu inşa edilib və bu hissədə süni qurğuların və torpaq yatağının tikintisi, o cümlədən Axalkalaki və Kartsaxi stansiyalarında vağzal binalarının, yolun 101-103 km-lik ərazisində yerləşən uzunluğu 150 metr olan körpünün, Türkiyə-Gürcüstan sərhədində 4,2 kilometrlik tunelin tikintisi və uzunluğu 153 km olan Marabda-Axalkalaki sahəsində reabilitasiya-rekonstruksiya işləri davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR