Şuşa Musiqi Məktəbinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib

Şuşa Musiqi Məktəbinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib
# 09 noyabr 2012 07:33 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Şuşa Musiqi Məktəbinin 80 illik yubileyinə həsr olunan tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri, məktəbin tələbə, məzun və müəllimləri, musiqişünas və musiqi sevərlər iştirak ediblər.
Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva tədbir iştirakçılarını təbrik edərək Şuşa Musiqi Məktəbinin Bülbülün təşəbbüsü ilə yaradılan ilk musiqi məktəblərindən biri olduğunu söyləyib. Məktəbin məzunu, mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin baş metodisti Səid Hacıyev musiqi məktəbində oxuduğu illərin xatirələrindən danışıb. Şuşa rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Zahid Abbasov “Şuşa musiqi beşiyidir” kitabının nəşrinə görə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.

Daha sonra qabaqcıl müəllimlərə təşəkkürnamələr və pul mükafatları təqdim olunub.

Tədbir məktəbin məzunlarından ibarət xalq çalğı alətləri orkestri və bədii rəhbər, dirijor Gülağa Zeynalovun müşaiyəti ilə keçirilən konsert proqramı ilə davam edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR