Azərbaycanın müdafiə naziri Qırğızıstanın baş naziri ilə görüşüb

Azərbaycanın müdafiə naziri Qırğızıstanın baş naziri ilə görüşüb
# 01 iyun 2015 15:35 (UTC +04:00)

Bakı. Ağa Cəfərli - APA. Qırğızıstanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu ölkənin baş naziri Temir Sariyevlə görüşüb.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafından razılıq bildirilib, müxtəlif strukturlar, o cümlədən müdafiə nazirlikləri arasında görüşlərin keçirilməsi yüksək qiymətləndirilib və bu cür əlaqələrin mövcud siyasi, iqtisadi, mədəni münasibətlərin tərəqqisi üçün yeni imkanlar açdığı ifadə edilib.

Dağlıq Qarabağ münaqişəsinə toxunan T. Sariyev münaqişənin tez bir zamanda sülh və siyasi yolla Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının tərəfdarı olduqlarını xüsusi vurğulayıb: “Münasibətlərimiz yalnız ikitərəfli deyil, həm də BMT, ATƏT və digər təşkilatlar çərçivəsində çoxtərəfli formatda inkişaf edir. Hərbi əməkdaşlıq Qırğızıstan-Azərbaycan münasibətlərinin bütün spektrinin ən mühüm elementlərindən biridir və biz bu səmərəli əməkdaşlığın gücləndirilməsində və inkişafında maraqlıyıq”.

Z. Həsənov isə iki ölkənin hərbi sahədə, o cümlədən ordu quruculuğu və hərbi təhsil məsələlərində əlaqələrinin daha da genişləndirilməsinin tərəfdarı olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR