FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Salyanda regional seminar-müşavirə keçirib - FOTO - VİDEO

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Salyanda regional seminar-müşavirə keçirib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 12 mart 2015 08:10 (UTC +04:00)

Seminar-müşavirə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin səmərəli tətbiqinin təmin edilməsinə həsr olunub.

APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, tədbirdə dövlət agentliyinin əməkdaşları ilə yanaşı, Şirvan şəhəri, Salyan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabad, İmişli və Saatlı rayonlarının icra hakimiyyətlərinin məsul nümayəndələri iştirak edib.

Seminar-müşavirədə “Şəhərsalma və Tikinti Məcəlləsi”nin səmərəli tətbiqinin təmin edilməsi, məcəllənin tikintiyə icazə icraatı, tikinti layihələrinin ekspertizadan keçirilməsi, tikintidə dövlət nəzarətinin həyata keçirilməsi və şəhərsalma-tikinti fəaliyyətində yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqələrin formalaşdırılması barədə fikir mübadiləsi aparılıb.

Məcəllənin tətbiqi ilə əlaqədar müvafiq qanunvericilik aktlarının qəbul edilməsi fonunda yerli icra hakimiyyəti orqanları ilə birgə işin səmərəli təşkilinin zəruriliyi vurğulanıb, yerli icra hakimiyyəti orqanlarına tikintidə dövlət nəzarətinin aparılması və tikinti obyektlərinin istismarına icazə qaydalarının tətbiqinə dair mühüm izahatlar verilib və sual doğuran məqamlara aydınlıq gətirilib.

Qeyd edilib ki, tikintiyə icazə icraatının başlıca yeni xüsusiyyəti onun “vahid pəncərə” prinsipi ilə həyata keçirilməsindən ibarətdir. Tikinti layihələrinin etibarlılıq və təhlükəsizlik baxımından ekspertizadan keçirilməli olduğu xüsusi vurğulanaraq, tikintiyə icazə icraatı çərçivəsində layihələrin hazırlanmasına olan tələblər barədə ətraflı məlumat verilib.

Agentlikdə tətbiq olunmuş informasiya texnologiyaları və iş fəaliyyətinin avtomatlaşdırılması istiqamətində icra olunmuş layihələr barədə də məlumat verilib. Tikinti layihələrinin ekspertizadan keçirilməsi və tikintidə nəzarətin avtomatlaşdırılmış qaydada aparılması məqsədilə agentlikdə bir çox mükəmməl proqram təminatlarının işləndiyi və tətbiq edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Bu layihələrin əsas mahiyyəti mürəkkəb iş strukturuna malik orqanların iş fəaliyyətini avtomatlaşdırmaq yolu ilə sadələşdirmək, proqram təminatı vasitələrinin tətbiqi yolu ilə vətəndaşların və təşkilatların müraciətlərinə baxılması üzrə işlərin səmərəliliyini artırmaq, operativ qeydiyyat, elektron sənəd dövriyyəsi və müxtəlif təyinatlı lisenziyaların verilməsinin elektron formalarda tətbiqi və s. avtomatlaşdırma mexanizmlərindən ibarətdir.

Daha sonra tədbir iştirakçılar arasında qarşılıqlı müzakirələrlə davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR