Cəlilabadda yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb - FOTO - VİDEO

Cəlilabadda yol qəzasında bir nəfər ölüb, bir nəfər yaralanıb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 16 oktyabr 2014 15:34 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Azərbaycanın Cəlilabad rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə bu gün saat 17.00 radələrində Ələt-Astara magistralının 129-cu kilometrliyində, yolun Cəlilabad şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Cəlilabad rayonunun Təzəkənd kənd sakini Xəzail Əhməd oğlu Şammədovun idarə etdiyi “QAZ-31029” markalı minik avtomobili Bakı istiqamətində hərəkətdə olarkən qarşı tərəfdən gələn "Mitsubishi" markalı minik avtomobili ilə toqquşub. Güclü zərbənin təsirindən “QAZ-31029”-un sürücüsü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

“Mitsubishi”nin sürücüsü isə yaralı vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona müvafiq tibbi yardım edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR