"Amrahbank" ASC-nin aktivlərinin həcmi 2018-ci ilin I rübündə 198,326 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 18% azdır.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 20,4% azalaraq 89,550 mln. manat olub.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 14,62% azalaraq 161,216 mln. manat, depozit portfeli isə 13,24% artaraq 142,253 mln. manata yüksəlib.
Bir il ərzində bankın məcmu kapitalı 28,8% azalaraq 36,656 mln. manat, nizamnamə kapitalı dəyişməyərək 39 mln. 844,4 min manat təşkil edib.
Qeyd edək ki, bank cari ilin I rübünü 5 mln. 384 min 97,29 manatlıq zərərlə başa vurub.