Səfirlik: “Fransa Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər çərçivəsində tanıyır”

Səfirlik: “Fransa Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər çərçivəsində tanıyır”
# 08 oktyabr 2014 15:13 (UTC +04:00)

Bu barədə APA-nın sorğusuna cavab olaraq Fransanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfirlik Fransanın Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə heç bir əlaqə qurmadığını və özünü müstəqil elan etmiş bu hakimiyyətin Fransa hökuməti qarşısında akkreditasiyadan keçmiş hər hansı nümayəndəliyə malik olmadığını bir daha vurğulayıb.

Fransız parlamentarların son vaxtlar Dağlıq Qarabağa davamlı səfərləri ilə bağlı sualı cavablandıran səfirlik Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyinin sistemli şəkildə ölkənin Dağlıq Qarabağla bağlı mövqeyini oraya səfər etmək istəyən şəxslərə xatırlatdığını və onları bu fikirdən daşınmağa çağırdığını bildirib: “Ancaq Fransada hakimiyyət bölgüsü səbəbindən seçilmiş şəxslər səyahət sərbəstliyinə malikdir və Fransa hökuməti həmin şəxslərə Dağlıq Qarabağa getməyi qadağan edə bilməz”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR