Şimali Koreya dünyanı 1953-cü ilin atəşkəs sazişini pozmaqla hədələyir

Şimali Koreya dünyanı 1953-cü ilin atəşkəs sazişini pozmaqla hədələyir
# 05 mart 2013 21:50 (UTC +04:00)

Bakı-APA. Şimali Koreya dünyanı 1953-cü ildə faktiki olaraq Koreya müharibəsinə son qoymuş atəşkəs sazişini pozmaqla hədələyir. APA-nın “BBC”yə istinadən verdiyi məlumata görə, BMT-nin Təhlükəsizlik Şurasında KXDR-ə qarşı bir ay qabaq 3-ü nüvə sınaqları keçirdiyinə görə yeni sanksiyaların tətbiqi müzakirə olunacaq.

Şimali Koreya ordusunun ali komandanlığı bəyan edib ki, əgər ABŞ və Cənubi Koreya birgə hərbi təlimləri davam edəcəyi halda, onlar atəşkəs barədə sazişi pozmaq niyyətindədir.

Şimali Koreya sanksiyalara və ABŞ-Cənubi Koreya birgə hərbi təlimlərə cavab olaraq əvvəllər də bu tip hədələrlə çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR