Azərbaycanın Fransadakı səfirliyi xüsusi bəyanatla çıxış edib

Azərbaycanın Fransadakı səfirliyi xüsusi bəyanatla çıxış edib
# 27 fevral 2013 12:45 (UTC +04:00)

APA-nın Avropa bürosunun məlumatına görə, bəyanatda bildirilir ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı erməni məsələsi bürosu təşkilatının“Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı təşkil etdiyi tədbirdə iki azərbaycanlı erməni fəalları tərəfindən vəhşicəsinə döyülüb.

“Əslən azərbaycanlı olan Fransa vətəndaşı, Paris “Azərbaycan Evi”nin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov bu tədbirdə iştirak ediblər və burada qırx nəfərə yaxın erməni fəalları tərəfindən döyülüblər.

Hadisə tədbirin sonlarına yaxın baş verib. Xanım Fətəliyevanın “Biz bu gün Xocalı qətliamının 21 illiyini qeyd edirik. Dağlıq Qarabağ müharibəsi zamanı 1992-ci ilin fevral ayının 26-da erməni silahlı qüvvələri Xocalı şəhərində 613 mülkü insanı qətlə yetiriblər, biz də bu gün bu qurbanları yad edirik” sözlərindən sonra içəridəki ermənilər tədbirin keçirildiyi Milli Assambleyanın Kolber zalının qapılarını bağlayaraq, hər iki azərbaycanlını vəhşicəsinə döyüblər.

Mirvari Fətəliyevanın müdafiəsinə qalxan və onu yumruqlardan qorumağa çalışan Vüsal Hüseynova ciddi xəsarət dəyib və o ağır yaralanıb. Hər iki soydaşımız xəstəxanaya yerləşdirilib. Dərhal hadisə yerinə gəlmiş Azərbaycanın Fransadakı fövqəladə və səlahiyyətli səfiri Elçin Əmirbəyov bu olaydan çox narahat olduğunu bildirib: “Biz Fransa Respublikasının simvolu olan parlamentdə erməni diasporu fəalları tərəfindən həyata keçirilmiş bu kobud, zorakı və utanc verən olayı qəti şəkildə pisləyirik. Biz Fransa Milli Assambleyasının sədri və Fransa dövlətindən adekvat münasibət gözləyirik. Eyni zamanda ümid edirik ki, gələcəkdə belə hadisələrin baş verməməsi üçün, bunu icra edənlərin kimliyi tezliklə müəyyən ediləcək və onlar qanun qarşısında cavab verəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR