Jirinovski: “Çelyabinskdə baş verən hadisədə ABŞ-ın əli var”

Jirinovski: “Çelyabinskdə baş verən hadisədə ABŞ-ın əli var”
# 15 fevral 2013 12:26 (UTC +04:00)

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Jirinovski Çelyabinskdə baş verən hadisənin arxasında ABŞ-ın əli olduğunu bildirib: “Əminəm ki, bu gün səhər Uralda baş verən hadisə meteorit düşməsi deyil. Bu amerikalıların yeni silahının sınaqdan keçirilməsi idi. ABŞ dövlət katibi Con Kerri bu həftənin birinci günü bizim xarici işlər naziri Lavrovu xəbərdar etmək istəyib. Lakin Lavrov Afrika ölkələrində səfərdə olub. Kerri xəbərdar etmək istəyib ki, belə təxribatlar olacaq və bu, Rusiyaya da toxuna bilər”

Qeyd edək ki, bu gün səhər saatlarında Çelyabinskdə meteor yağışı adlanan təbiət hadisəsi müşahidə olunub. Bolidlərin əksəriyyəti atmosferdə yansa da, böyük bir meteor parçası Çelyabinsk ərazisində, Satka rayon mərkəzindən 80 kilometr uzaqda yerə düşüb. Hadisə nəticəsində 514 nəfər yaralanıb. Çelyabinsk, Sverdlovsk və Tümen vilayətlərində orta məktəblərdə tətil elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR