Bakı. Vahab Rzayev – APA-Economics. «Qafqaz İnkişaf Bankı» ASC-nin 2012-ci ildə əldə etdiyi gəlirlərin həcmi 5,731 mln. manat təşkil edib ki, bu da 2011-ci ilin göstəricisindən 68,4% çoxdur. Bankdan «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda bankın xərcləri 97% artaraq 5,344 mln. manata çatıb.
Nəticədə, 2012-ci ildə bank 387 min manat həcmində mənfəət əldə edib ki, bu da illik müqayisədə 77,7% azdır.
Qeyd edək ki, hesabat ilində bankın faiz gəlirləri 5,395 mln. manat, qeyri-faiz gəlirləri 337 min manat, faiz xərcləri 2,861 mln. manat, qeyri-faiz xərcləri isə 2,483 mln. manata bərabər olub. Son bir ildə bankın faiz mənfəəti 88,7%, qeyri-faiz zərəri isə 3,3 dəfə artıb.
Xatırladaq ki, «Qafqaz İnkişaf Bankı» ASC 1996-cı ilin aprelində yaradılıb.