Bakı-APA. Kürdəmirdə yanğın hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Kürdəmir rayonu, Qarabucaq kəndində bələdiyyəyə məxsus ərazidə 21 ha sahədə biçilmiş taxıl sahəsi, quru ot və qamışlıq yanıb.
Yaxınlıqdakı dəmiryol xətti yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.