Azərbaycan cüdo yığması Avropa çempionatından 1 gümüş medalla qayıdır

Azərbaycan cüdo yığması Avropa çempionatından 1 gümüş medalla qayıdır
# 22 sentyabr 2014 07:47 (UTC +04:00)

Bakı – APA. Gənc cüdoçular arasında keçirilən Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Rumıniyanın paytaxtı Buxarestdə baş tutan yarışa 10 idmançı ilə yollanan Azərbaycan millisi cəmi 1 gümüş medal qazanıb.

Bu mükafatı komandamıza 90 kq çəki dərəcəsində mübarizə aparan Firudin Dadaşov qazandırıb. O, finalda gürcüstanlı Beka Qviniaşviliyə ipponla uduzub.

Qeyd edək ki, millimiz komanda hesabında 40 ölkə arasında 18-ci yeri tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR