Bakının “İnter” klubu bosniya və herseqovinalı məşqçi ilə müqavilə imzalayıb

Bakının “İnter” klubu bosniya və herseqovinalı məşqçi ilə müqavilə imzalayıb
# 03 mart 2015 11:33 (UTC +04:00)

Bakı – APA. Bakının “İnter” futbol klubu bosniya və herseqovinalı məşqçi Marino Pusiçlə müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, baş məşqçisinin köməkçisi təyin edilən çalışdırıcı cari mövsümün sonunadək bu postu tutacaq.

Mövsümün sonunda tərəflər arasında aparılan növbəti danışıqlar zamanı mütəxəssisin baş məşqçi postuna təyin olunması məsələsi müzakirə ediləcək. Razılıq əldə ediləcəyi təqdirdə Pusicin baş məşqçi postuna təyin olunacaq.

“İnter”in baş məşqçisi Kaxaber Sxadadze mövsümün sonunda paytaxt təmsilçisindən ayrılacaq. O, hazırda klubla eyni vaxtda çalışdırdığı Gürcüstan millisində fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, Pusiç 1971-ci il avqustun 18-də Bosniya və Hersoqovinanın Mostar şəhərində anadan olub. Peşəkar futbolçu kimi "Srvena Zvezda" (Belqrad), "Velej" (Mostar, Bosniya və Herseqovina), "Köln" (Almaniya), "Qraafşap"(Hollandiya), "Qo Ehed İqlz" (Hollandiya) klublarında və iki oyun Bosniya və Herseqovina yığmasında çıxış edib. Pusiç 2009-2013-cü illərdə "Vitess" (Hollandiya) klubunun 19 yaşlılardan ibarət komandasını çalışdırıb, 2013-cü ildə UEFA Pro lisenziyasını alıb. 2013-cü ilin iyulun 1-dən 2014-cü ilin oktyabr ayınadək "Breda" (Hollandiya) klubunda köməkçi məşqçi kimi çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR