Samuxda mühafizəçi ehtiyatsızlıqdan özünə silahla xəsarət yetirib

Samuxda mühafizəçi ehtiyatsızlıqdan özünə silahla xəsarət yetirib
# 24 fevral 2015 10:25 (UTC +04:00)

Samux. Azər Məmmədli - APA. Samux rayonunun Lək kəndində mühafizəçi işləyən şəxs odlu silahla özünə xəsarət yetirib.

Samux rayon Polis Şöbəsindən APA-nın qərb bürosunun verilən məlumata görə, hadisə fevralın 24-də saat 12 radələrində Samux rayonun Lək kəndi ərazisində yerləşən 500 kilovatlıq yarımstansiyada baş verib.

Stansiyada mühafizəçi işləyən 1964-cü il təvəllüdlü Məhərrəm Bilal oğlu Məmmədov iş otağında silahla ehtiyatsız davranaraq özünə xəsarət yetirib. Onun qarın boşluğundan yaralandığı bildirilib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat edilən M. Məmmədovun vəziyyətinin hazırda normal olduğu bildirilir.


Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR