Maya Pancikidze: “Həm Azərbaycanın, həm Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına əminəm”

Maya Pancikidze: “Həm Azərbaycanın, həm Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağına əminəm”
# 28 mart 2013 12:27 (UTC +04:00)

Batumi. Nizami Məmmədzadə-APA. “Xarici işlər naziri vəzifəsində yeniyəm, dünyanın bir çox ölkələrinə səfərlər etmişəm. Lakin Azərbaycanda prezident və digər rəsmilər tərəfindən daha mehriban qarşılanmışam”. APA-nın məlumatına görə, bu fikirləri Gürcüstanın xarici işlər naziri Maya Pancikidze Batumidə Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

““Biz dost və qardaş ölkələrik. İkitərəfli münasibətlərimizi daha da inkişaf etdirəcək, strateji əməkdaşlığımızı davam etdirəcəyik”.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə toxunan Maya Pancikidze bildirib ki, istər Dağlıq Qarabağ, istərsə də Cənubi Osetiya və Abxaziya münaqişələri həll olunacaq və işğal olunan torpaqlar sülh yolu ilə qaytarılacaq. O, hər iki ölkənin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini bildirib.

Məhsəti türklərinin Gürcüstana qayıdışı ilə bağlı sualı cavablandıran XİN başçısı bildirib ki, artıq bir çox ailələr öz tarixi torpaqlarına qayıdıblar: “İndiyədək öz vətənlərinə qayıtmaq istəyənlərin 5 min ərizəsi qeydə alınıb. İş davam edir, lakin qeyd etmək istəyirəm ki, bu, uzun bir prosesdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR