FOREX hesabını qısa zamanda “InvestAZ”a köçürmək mümkün olub

FOREX hesabını qısa zamanda “InvestAZ”a köçürmək mümkün olub
# 25 avqust 2014 10:38 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “InvestAZ” şirkəti Azərbaycanda kapital bazarının inkişafı və FOREX bazarının tənzimlənməsi istiqamətində daha bir yeniliyə imza atıb.

Şirkətdən “APA–Economics”ə verilən məlumata görə, artıq xarici brokerlərdə vəsaitlərin köçürülməsi prosesinin uzun vaxt aparmasından, təqdim olunan spredlərin yüksək olmasından narazı olan müştərilər FOREX hesablarını “InvestAZ” şirkətinə köçürə bilərlər. Hesabın köçürülməsi əməliyyatı üçün müştərinin açıq əməliyyatlarının bağlanmasını gözləməyə ehtiyac yoxdur. Belə ki, ən son texnoloji infrastruktura malik “InvestAZ” şirkəti, müştərilərə hesablarını açıq əməliyyatlar daxil köçürməyə imkan verir.

FOREX hesablarını köçürən müştərilər bu xidmətdən heç bir əlavə vəsait ödəmədən faydalana bilərlər. “InvestAZ” şirkətinin sərfəli ticarət şərtləri və üstün xidmət keyfiyyəti ilə FOREX-i yenidən kəşf edin.

Qeyd edək ki, “InvestAZ” şirkəti Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən broker, diler və aktivlərin idarə olunması fəaliyyəti üzrə lisenziyalara malik investisiya şirkətidir. Şirkət eyni zamanda Türkiyə Respublikasında da tam lisenziyalaşmış maliyyə və broker xidmətləri göstərən eyni adlı qurumla təmsil olunur. Şirkət, Bakı Fond Birjası və Borsa İstanbulun səhmdarı və üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR