Liviyanın xarici işlər naziri: “Ölkəmizi Qəddafi rejimindən xilas etdikdən sonra bizi tək qoydular”

Liviyanın xarici işlər naziri: “Ölkəmizi Qəddafi rejimindən xilas etdikdən sonra bizi tək qoydular”
# 29 aprel 2015 09:18 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “ABŞ Liviyanı kobud bir rejimdən xilas etdi. Bundan sonra isə Liviyanı tək qoydular və 2012-2014-ci illər ərzində ölkədə xaotik bir vəziyyət yarandı. Vəziyyət daha da pisləşib”.


APA-nın xəbərinə görə, bunu Bakıda III Qlobal Forum çərçivəsində təşkil olunan paneldə çıxış edən Liviyanın xarici işlər naziri Məhəmməd Dayri deyib.

Liviya xarici siyasət idarəsinin rəhbəri bildirib ki, Qəddafi rejiminin süqutundan sonra Avropa İttifaqının ölkəsinə diqqəti azalıb: “Biz bilmək istəyirik ki, Avropa İttifaqı Liviyanı necə görmək istəyir. “3+3” qrupu tərəfindən çoxlu bəyanatlar verilir. Lakin biz hələ də başa düşməmişik ki, bizə münasibət hansı formada olacaq. Onu da qeyd etmək istəyirəm ki, Liviya ordusuna vəd olunan lazımi köməklik hələ də göstərilməyib. Biz demokratik prosesdə dəstək gözləyirik. Söhbət seçkilərdən getmir. Biz hələ ki Konstitusiyanın qəbulunu, parlament və prezident seçkilərinin keçirilməsini gözləyirik. Biz demokratiya prosesinə davamlı dəstəyi görmək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR