Heydər Əliyev Beynəlxalq Hava Limanında universal qeydiyyat və özünəxidmət köşkləri qurulub

Heydər Əliyev Beynəlxalq Hava Limanında universal qeydiyyat və özünəxidmət köşkləri qurulub
# 28 avqust 2014 13:13 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Heydər Əliyev Beynəlxalq Hava Limanının “№1 Terminalı” müasir İT infarstrukturla təmin olunub.

APA-Economics”in məlumatına görə, təminatı SİTA şirkəti həyata keçirib.

Şirkətin yaydığı məlumatda bildirilir ki, terminal həmçinin sərnişinlərə xidmət və biznes proseslərin idarə edilməsi sistemi ilə təmin olunub.

Məlumatda bildirilir ki, qabaqcıl texnologiyaların tətbiqi ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) xidmət səviyyəsi ilə yanaşı, sərnişindaşıma qabiliyyətini 2 dəfə artırılmasına nail olacaq.

SİTA-nın təqdim etdiyi AirportConnect Open platforması 70-dən çox universal qeydiyyat və 12 özünəxidmət köşkünü özündə birləşdirir. Platforma AZAL və Bakıya uçuşlar həyata keçirən digər şirkətlərə real vaxt rejimində öz əlavələrinə (application) çıxış imkanı yaradır.

Bununla yanaşı, aerovağzal kompleksi ərazisində 145 ədəd rəqəmsal displey və gücləndirilmiş audio sistem quraşdırıb. Qurğular vasitəsi ilə sərnişinlər cari aviareyslər barədə məlumat ala biləcəklər.

Yeniliyi şərh edən AZAL prezidenti Cahangir Əsgərov bildirib: “Son illər ərzində Azərbaycan hava nəqliyyatı sahəsinə iri investisiya yatırımları edib. Biz hava nəqliyyatında daşımaların artırılmasını qarşımıza məqsəd qoymuşuq. Əlbəttə ki, bu məqsədə nail olmaq üçün müasir texnologiyaların tətbiqi zəruridir. SİTA-nın təqdim etdiyi innovasiya sistemləri Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) tələblərinə cavab verir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR