Bank Of Baku

KASKO sığortası olmasa, qəzaya görə sürücünü hansı xərclər gözləyir?

KASKO sığortası olmasa, qəzaya görə sürücünü hansı xərclər gözləyir?
# 13 oktyabr 2026 16:39 (UTC +04:00)

Avtomobili sürməyi sizə kimsə məcburi şəkildə qadağan etmir. Amma bir detalı unutmaq olmaz: icbari avtomobil sığortası olmadan maşın idarə etmək inzibati məsuliyyət yarada bilər.

Azərbaycan qanunvericiliyinə görə, avtomobil sahibləri mülki məsuliyyətlərini icbari qaydada sığortalamalıdırlar. Sığorta müqaviləsi bağlamayan fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimələnə bilər.

Bəs KASKO necə? Burada söhbət artıq cərimədən yox, avtomobilinizə dəyən zərəri kimin ödəyəcəyindən gedir. İcbari sığorta əsasən sizin üçüncü şəxslərə vurduğunuz zərəri qarşılayır. Öz avtomobilinizə dəyən zərər üçün isə KASKO təminatı lazımdır.

Bu fərqin nə qədər ciddi olduğunu “PAŞA Sığorta”nın son aylardakı yüksək məbləğli ödənişləri də göstərir. Müxtəlif KASKO hadisələri üzrə bir avtomobilə 69.628 manat (sığorta məbləği), digərinə 43.768 manat (sığorta məbləği), üçüncüsünə isə 37.179 manat (sığorta məbləği) ödənilib. Üç hadisə üzrə ümumi məbləğ 150.575 manat təşkil edib. Amma icbari və KASKO sığortaları üzrə ümumi zərərin ödənişi sentyabr ayında 10 milyon manatdan çox olub.

Yəni maşını sığortasız sürmək mümkündür, amma risk də sizinlə birlikdə yola çıxır. İcbari sığorta qanuni məsuliyyətdən, KASKO isə avtomobilinizə dəyən böyük zərərin maliyyə yükündən qorunmağa kömək edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR