“Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdir müavininin həbs müddəti uzadılıb

“Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdir müavininin həbs müddəti uzadılıb
# 04 dekabr 2012 13:49 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Səbayel rayon Məhkəməsində “Texnikabank”ın Yasamal filialının həbsdə olan sabiq müdir müavini Elnur Seyidovun həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) verdiyi vəsatət əsasında məhkəmə prosesi keçirilib.

Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzinin sədri Əsabəli Mustafayevin APA-ya verdiyi məlumata görə, prosesdə MTN-in vəsatəti təmin olunub və E.Seyidovun barəsindəki həbs-qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.


Qeyd edək ki, Elnur Seyidov martın 27-də həbs edilib. O, dələduzluqda ittiham olunur.

E.Seyidov AXCP sədri Əli Kərimlinin qaynıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR