Beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində İŞİD-in 464 üzvü məhv edilib

Beynəlxalq koalisiyanın aviazərbələri nəticəsində İŞİD-in 464 üzvü məhv edilib
# 23 oktyabr 2014 12:35 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Beynəlxalq koalisiya qüvvələrinin İŞİD-in Suriyadakı mövqelərinə endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 553 nəfərə çatıb.

APA-nın “Syrian Observatory for Human Rights” monitorinq qrupunun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ölənlərdən 32 nəfər (6 uşaq və 5 qadın) mülki şəxslərdir.

Monitorinq qrupunun hesabatında qeyd olunub ki, ölənlərdən 57 nəfər “Əl-Qaidə”nin Suriya qanadı olan “Əl-Nusra cəbhəsi”nin döyüşçüləri olub. Onlar Hələbin qərbində və İdlibin şimalında məhv ediliblər.

İŞİD-in daha 464 üzvü Homs, Hələb, Həma, əl-Raqqa və Der-əz Zor şəhərlərində yerləşən sığınacaqlarda məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR