PwC: Devalvasiya Azərbaycanın iri holdinqinin gələcək fəaliyyətinə əhəmiyyətli təsir göstərə bilər

PwC: Devalvasiya Azərbaycanın iri holdinqinin gələcək fəaliyyətinə əhəmiyyətli təsir göstərə bilər
# 08 iyul 2015 09:18 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Azərbaycan manatının devalvasiyası "Ata Holding" ACS-nin gələcək fəaliyyətinə və maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər ki, bunun da sonrakı nəticələrini proqnozlaşdırmaq çətindir.

APA-Economics” holdiqnin "PricewaterhouseCoopers Azerbaijan" audit şirkəti tərəfindən aparılan 2014-cü il üzrə konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, gələcək iqtisadi və normativ-hüquqi mühit və onun şirkətin fəaliyyətinə təsiri rəhbərliyin mövcud təxminlərindən fərqli ola bilər.

Beynəlxalq böhran, fond bazarındakı qeyri-sabitlik və digər risklər Azərbaycanın maliyyə və korporativ sektoruna mənfi təsir göstərə bilər.

Holdinq rəhbərliyi hesabat dövrünün sonuna iqtisadi vəziyyəti və perspektivləri nəzərə alaraq, kreditlərin dəyərsizləşməsi üzrə ehtiyatların səviyyəsini müəyyən edib və qüvvədə olan mühasibat uçotu standartlarına uyğun olaraq “çəkilmiş zərər” modelini tətbiq edib. Bu standartlar keçmiş hadisələr nəticəsində yaranıb dəyərsizləşmə üzrə ehtiyatların tanınmasını tələb edir və belə hadisələrin baş vermə ehtimalından asılı olmayaraq, gələcək hadisələr nəticəsində yarana bilən dəyərsizləşmə üzrə zərərlərin tanınmasını qadağan edir.

Azərbaycan iqtisadiyyatının gələcək inkişafı kənar amillərdən, eləcə də iqtisadi artımın qorunub saxlanması, habelə vergi, hüquq və normativ bazaya dəyişikliklərin edilməsi üçün hökumətin həyata keçirdiyi daxili tədbirlərdən asılıdır. Rəhbərlik mövcud işgüzar və iqtisadi şəraitdə şirkətin fəaliyyətinin davamlılığını və inkişafını təmin etmək üçün bütün lazımi tədbirlərin görüldüyünü hesab edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR