Bakıda yaşayış evində yanğın olub

Bakıda yaşayış evində yanğın olub
# 19 oktyabr 2015 06:28 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakı şəhərində yaşayış evində yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Bakı şəhəri, Qaradağ rayonunda ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli 16 mənzilli kommunal tipli evin 2-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan 2 otaqlı mənzilin 2 ədəd pəncərə çərçivəsi, qapısı və digər vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzilin 1 ədəd pəncərə çərçivəsi, qapısı hər iki mənzilin dam örtüyünün yanar konstruksiyaları 20 kv.m və mənzillərin aynabəndlərinin yanar konstruksiyaları 43 kv.m sahədə yanıb, yüksək temperaturdan hər iki mənzilin ev əşyaları qarsalanıb. Mənzillərin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR