Sığorta şirkəti Tibb Universitetini məhkəməyə verib

Sığorta şirkəti Tibb Universitetini məhkəməyə verib
# 22 fevral 2013 09:21 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycan Tibb Universiteti məhkəməyə verilib.

APA-nın məlumatına görə, “Beynəlxalq Sığorta Şirkəti” ASC universitetə qarşı sığorta ödənişlərinin ödənilməsi barədə iddia ilə 1 saylı Bakı Yerli İnzibati – İqtisad Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan narazı qalan şirkət isə apellyasiya şikayəti verib.

Hazırda Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti üzrə məhkəmə çəkişməsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR