Azərbaycan Mərkəzi Bankında (AMB) yeni təyinat olub.
AMB-dən “APA-Economics”ə verilən məlumata görə, Azər Ələsgərov 1 oktyabr 2026-cı il tarixindən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, Azər Ələsgərov əmək fəaliyyətinə 1997-ci ildə Mərkəzi Bankın Pul-kredit siyasəti departamentində başlayıb, müxtəlif illərdə aparıcı iqtisadçı, baş iqtisadçı, şöbə rəisi və departament direktorunun müavini vəzifələrində çalışıb.
O, 2009-cu ilin iyunundan 2026-cı ilin oktyabrınadək Mərkəzi Bankın Pul siyasəti departamentinin direktoru vəzifəsini tutub.
Azər Ələsgərov 2012-ci ildə Azərbaycanda bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. O, sosial-iqtisadi problemlərə həsr edilmiş 90-dan çox analitik məqalənin müəllifidir.
