Kinooperator Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək

Kinooperator Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək
# 25 may 2015 09:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mayın 27-də Dövlət Film Fondunda kinooperator və kinorejissor Valeri Kərimovun 70 illik yubileyinə həsr edilmiş xatirə gecəsi keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, tədbir nazirliyin, Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə təşkil olunacaq. Xatirə mərasimində V. Kərimova həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Qeyd edək ki, V. Kərimov kinooperator kimi 30-a qədər film çəkib. İlk böyük işi 1974-cü ildə çəkdiyi “Çarvadarların izi ilə” bədii televiziya filmidir.

Onun çəkdiyi filmlərin arasında müxtəlif janrda və mövzuda filmlər var. “Alma almaya bənzər”, “Yuxu”, “De ki, məni sevirsən”, “Qaladan tapılan mücrü”, “Arxadan vurulan zərbə”, “Qorxma, mən səninləyəm”, “Qızıl uçurum”, “Yarımçıq qalmış mahnı”, “Ötən ilin son gecəsi”, “Sürəyya” və s. ekran əsərləri V. Kərimovun operatorluğu ilə lentə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR