Asiya İnkişaf Bankının Azərbaycanda alternativ və bərpa olunan enerji ilə bağlı araşdırmaları gələn ilin sonuna qədər yekunlaşacaq

Asiya İnkişaf Bankının Azərbaycanda alternativ və bərpa olunan enerji ilə bağlı araşdırmaları gələn ilin sonuna qədər yekunlaşacaq
# 23 dekabr 2014 07:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Asiya İnkişaf Bankının (AİB) məsləhətçisi Azərbaycanda alternativ və bərpa olunan enerji ilə bağlı ilkin hesabatını təqdim edib.

APA-Economics”in məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Olli Noroyono məlumat verib.

Onun sözlərinə görə, alternativ və bərpa olunan enerji ilə bağlı layihənin icrasına müəyyən qədər vaxt var: “Araşdırmaların gələn ilin sonuna qədər yekunlaşacağını planlaşdırırıq. Bərpa olunan enerji ilə bağlı araşdırmalar yekunlaşdıqdan sonra biz bununla bağlı hökumətlə rəsmi danışıqlara başlayacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR