Bank Of Baku

Lənkəran sakini mədəsində narkotik keçirərkən zəhərlənərək ölüb - FOTO - VİDEO

Lənkəran sakini mədəsində narkotik keçirərkən zəhərlənərək ölüb - FOTO - VİDEO
# 19 mart 2019 23:51 (UTC +04:00)

İrandan Azərbaycana narkotik maddə keçirmək istəyi 31 yaşlı kişinin ölümünə səbəb olub.

ONA-nın cənub bürosundan verilən məlumata görə, hadisə Astara gömrük-sərhəd keçid məntəqəsində baş verib. Lənkəran rayonunun Sütəmurdov kənd sakini, 1988-ci il təvəllüdlü Bağırov Qabil İsmayıl oğlunun halı qəfildən pisləşib və dünyasını dəyişib.

İlkin məlumata görə, onun daxili orqanında gizlətdiyi narkotik vasitə zəhərlənməyə səbəb olub. Q.Bağırovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR