Müasir Müsavat Partiyası mitinq təyin edib

Müasir Müsavat Partiyası mitinq təyin edib
# 01 oktyabr 2014 11:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müasir Müsavat Partiyasının (MMP) mərkəzi qərargahında İdarə Heyətinin və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə toplantı keçirilib. Partiyadan APA-ya verilən məlumata görə, toplantıda Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə müzakirə edilərək pislənilib.

İdarə Heyətinin üzvləri baş verənləri Azərbaycanın inkişafından narahat olan qüvvələrin təxribatı hesab ediblər. Qeyd olunan məsələlərlə bağlı etiraz aksiyasının keçirilməsi təklif olunub. Qərara alınıb ki, oktyabrın 12-si saat 15.00-da mitinq keçirilsin. Aksiyaya yer alınması üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR