İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib

İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib
# 04 mart 2013 06:26 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib. APA -nın İranın Seysmoloji Mərkəzinin saytına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar martın 3-də yerli vaxtla saat 20:59-da qeydə alınıb.

Rixter şkalası üzrə 4,2 bal gücündə olan zəlzələnin episentri yenə də Vərzigan şəhəri olub. Yerin 18 km dərinlikdə baş verən zəlzələ nəticəsində dağıntı və ya insan itkisinin olub-olmaması barədə hələlik məlumat yoxdur. Yeraltı təkanlar Təbrizdə və Əhərdə də hiss olunub.

Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamam dağılıb. Nəticədə rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR