“Turan Cavid teatrşünas, muzeyşünas, mətnşünas kimi” adlı elmi sessiya keçirilib

“Turan Cavid teatrşünas, muzeyşünas, mətnşünas kimi” adlı elmi sessiya keçirilib
# 02 oktyabr 2014 11:06 (UTC +04:00)

Bakı - APA. Azərbaycanın görkəmli ədibi Hüseyn Cavidin qızı Turan Cavidin anadan olmasının 91 illiyi münasibətilə AMEA Hüseyn Cavidin Ev Muzeyində “Turan Cavid teatrşünas, muzeyşünas, mətnşünas kimi” adlı elmi sessiya keçirilib. Bu barədə APA-ya Hüseyn Cavidin Ev Muzeyindən məlumat verilib.

Sessiyada görkəmli elm xadimləri, AMEA MEK-in direktoru Aybəniz Əliyeva-Kəngərli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, professor Gülşən Əliyeva-Kəngərli, eləcə də televiziya nümayəndələri iştirak ediblər.

Sessiyada çıxış edən Ev Muzeyinin direktoru Gülbəniz Babaxanlı Turan Cavidlə bağlı xatirələrindən danışıb. Hüseyn Cavidin külliyatının orijinal variantına qaytarılmasında göstərdiyi xidmətlərindən bəhs edib.

Sessiyada AMEA Hüseyn Cavidin Ev Muzeyinin əməkdaşı Cəmilə Rzayeva da çıxış edərək, Turan Cavidin çoxşaxəli fəaliyyəti, tədbir münasibətilə açılmış sərgidə nümayiş olunan T.Cavidin həyat və sənət yolundan bəhs edən sənədlər, fotolar, xatirə əşyaları haqqında məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR