Beyləqanda 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Beyləqanda 2 avtomobilin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb
# 22 oktyabr 2014 10:16 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 21-də saat 18 radələrində Beyləqan rayonunun Bünyadlı kəndində qeydə alınıb. Cəbrayıl rayon sakini Eldəniz Tumasquliyevin və Şərq qəsəbə sakini İlkin Məsimovun idarə etdikləri “VAZ” markalı avtomobillər toqquşub. E.Tumasquliyevin sərnişini - Füzuli rayon sakini Arzuman Xankişiyev və İ.Məsimovun sərnişini - İmişli rayon sakini Alim Tağıyev hadisə yerində ölüb. Hər iki sürücü və E.Tumasquliyevin digər sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR