“Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi (RDMİS) çərçivəsində hazırda 7 830 təşkilat qeydiyyatdan keçib, istifadəçilərin sayı 14 819-a çatıb.
"APA-Economics" Maiyyə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə “Maliyyə Nazirliyinin rəqəmsal idarəetmə və elektron informasiya sistemləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üzrə İşçi Qrupu”nun iclasında məlumat verilib.
Bildirilib ki, sistem 19 qurumla inteqrasiya olunub və 52 informasiya sistemi üzrə məlumat əldə edilməsi təmin edilir. O cümlədən, “e-müqavilə” altsistemi üzrə indiyədək 1 525 satınalan təşkilat və 3 324 təchizatçı şirkət qeydiyyatdan keçib, 10 662 elektron müqavilə imzalanıb. Bağlanmış müqavilələrin ümumi məbləği 3,9 milyard manatı ötüb.
Sistemin funksional imkanları genişləndirilib, Dövlət Gömrük Komitəsi və Azərbaycan Mərkəzi Bankı ilə inteqrasiyalar həyata keçirilib, eləcə də 14 bank sistemə qoşulub.