Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşları qəbul edəcək

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vətəndaşları qəbul edəcək
# 02 aprel 2015 12:18 (UTC +04:00)

Bakı. Ağa Cəfərli-APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov Xidmətin Şirvan şəhər şöbəsinin inzibati binasında (Şirvan şəhəri, H. Əliyev pr. 4) Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Sabirabad, Saatlı rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək.

APA-nın Xidmətin saytına istinadən verdiyi məlumata görə, qəbul aprelin 30-u 11:00-da həyata keçiriləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar 29.04.2015-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbələrinə müraciət etməli və qeydiyyatdan keçməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR