Rusiyanın Azərbaycandakı səfiri Stalinqrad döyüşündə iştirak etmiş veteranlarla görüş keçirib - FOTOSESSİYA

Rusiyanın Azərbaycandakı səfiri Stalinqrad döyüşündə iştirak etmiş veteranlarla görüş keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 15 fevral 2013 15:40 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Böyük Vətən müharibəsi zamanı Stalinqrad döyüşündə iştirak etmiş veteranlarla görüş keçirib.

APA-nın məlumatına görə, döyüşdə əldə olunan qələbənin 70 illiyi münasibətilə təşkil olunmuş görüşdə səfir bildirib ki, müharibə zamanı SSRİ-nin xeyrinə dönüşün baş verməsində Stalinqrad döyüşünün böyük rolu olub. Bu döyüşdə 2 milyona yaxın şəxs iştirak edib.

Onun sözlərinə görə, Azərbaycan və Rusiya o zaman eyni ittifaqın tərkibində olduğundan, bu tarixi gün hər iki ölkə üçün əhəmiyyətlidir. Səfir həmçinin vurğulayıb ki, bu döyüşün qələbə ilə başa çatmasında Bakı nefti çox böyük rol oynayıb: “Bu döyüşdə Azərbaycandan iki dəfə Sovet İttifaqı Qəhrəmanı olmuş Həzi Aslanov da iştirak edib. Təkcə onun rəhbərlik etdiyi bölük döyüş zamanı 2 min faşist öldürüb”.

Səfir Stalinqrad döyüşündə iştirak etmiş 16 azərbaycanlının sağ olduğunu bildirib dadır. O, döyüşdə qələbənin 70 illiyi münasibətilə veteranlar üçün Azərbaycanın müxtəlif kurort şəhərlərinə məzuniyyət təşkil olunacağını qeyd edib.

Daha sonra veteranlar əlamətdar gün barədə fikirlərini bölüşüblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR